Azərbaycanlının Rusiyada çəkildiyi klip 1 günə milyon baxış topladı - VİDEO

Azərbaycanlının Rusiyada çəkildiyi klip 1 günə milyon baxış topladı - VİDEO
Video
Şou-biznes 3074
Məşhur rusiyalı ifaçı Anna Semenoviç özünün "Xoçeş" mahnısına azərbaycanlı, Rusiyada fəaliyyət göstərən "RUDN University" ŞHK komandasının iştirakçısı Şövqi Əhədovu çəkib.BAKU.WS sputnik.az-a istinadən məlumatına görə, onun bu çarxı qısa müddətdə YouTube sosial şəbəkəsində bir milyona qədər izləyici toplayıb."Urra, mənim yeni klipim bir sutkaya 1 milyon baxış toplayıb. İşimizin xoşunuza gəlməsi mənim üçün çox xoşdur. Mən sizi sevindirməyi necə də həyəcanla gözləyirdim. Ona görə də 17 saatlıq çəkiliş gününə tab gətirdim. Bütün dostlarıma minnətdaram" - Semenoviç yazıb.Klipdə baş rolları Anna Semenoviç, Roza Syabitova, Stas Dujnikov və Şövqü Əhədov ifa edib.Anna Semenoviç rusiyalı aktrisa, teleaparıcı, estrada müğənnisi və "Blestyaşiye" pop qrupunun keçmiş solistidir.Şövqi Əhədov Bakıda doğulub-böyüyüb. Lakin hazırda Moskvada yaşayır və işləyir. O, ŞHK-da iştirak etməklə yanaşı öz bloqunu da idarə edir. Orada müxtəlif problemlərə toxunan yumoristik çarxlar yayımlayır. O, bütün bunlarla yanaşı, müxtəlif mədəni tədbirlərdə iştirak edir.AyselBAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər