Azərbaycanlı təmsilçimiz bu gün səhnəyə çıxacaq - ilk yarımfinal
Kiyevdə keçirilən "Eurovision 2017" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Diana Hacıyeva (Dihaj) bu gün ilk yarımfinalda çıxış edəcək.
BAKU.WS axşam.az-a istinadən xəbər verir ki, Beynəlxalq Sərgi Mərkəzində təşkil olunacaq tədbirdə təmsilçimiz "Skeletons" mahnısını ifa edəcək.
Ölkəmizdən başqa, ilk yarımfinalda iştirak edəcək ölkələr bunlardır:
İsveç, Gürcüstan, Avstraliya, Albaniya, Belçika, Monteneqro, Finlandiya, Portuqaliya, Yunanıstan, Polşa, Moldova, İslandiya, Çexiya, Kipr, Ermənistan, Sloveniya, Latviya.
Qeyd edək ki, Dihaj müsabiqədə 8 nömrə altında çıxış edəcək. İkinci yarımfinal mayın 11-də, final isə mayın 13-də keçiriləcək.
Oxşar xəbərlər
Ermənistan Avroviziya-2017-yə buraxılmaya bilər
Ermənistanı Avroviziya-2017-də iştirakdan məhrum edilə bilər. BAKU.WS xəbər verir ki, buna səbəb Ermənistan təmsilçisi Artsvik Artyunyanın Krıma qanunsuz səfə...