Azərbaycanlı rəssam əsərlərini boyasız, fırçasız çəkir (VİDEO)
Azərbaycanlı rəssamın çəkdiyi rəsmlər hər kəsi heyrətləndirib.
BAKU.WS məlumat verir ki, Qazaxın Çaylı kəndində yaşayan Nəcməddin Hüseynov əsərləri boya, karandaş, fırça ilə deyil, yanan şamın hisi ilə çəkir. Hüseynovun əsərlərinin sərgisi dəfələrlə təşkil olunub və hər dəfə də kifayət qədər maraq çəkib. 61 yaşlı rəssamın bacarığı çoxlarının təəccübünə səbəb olub.
Nəcməddin Hüseynov bildirib ki, onun işlərini internet vasitəsilə xaricdən sifariş edib alanlar da var. Rəssam bu üsulla kətan və digər materiallar üzərində də şəkillər çəkir.
İlk vaxtlar çətinlik çəkdiyini, tüstünü yığa bilmədiyini deyən rəssam sonradan çox sayda əsəri yaratmağa müvəffəq olub. Rəssam hazırda rəngli tüstü axtarışındadır. Əgər istəyi alınarsa əsərlərini "Tüstü sərgisi” adı altında nümayiş etdirməyi planlaşdırır.
BAKU.WS
Oxşar xəbərlər
Kredit borcuna görə azərbaycanlı biznesmenin evinə od vurdular (VİDEO)
Rusiyanın Ulyanovsk şəhərində kollektor (borcların yığılması üzrə ixtisaslaşmış şirkət) valideynlərin borcuna görə iki yaşlı uşağı yandırıb. BAKU.WS-in məluma...