Azərbaycanlı qızdan kişi olmaq üçün inanılmaz addım - cinsiyyətini dəyişir - VİDEO

Azərbaycanlı qızdan kişi olmaq üçün inanılmaz addım - cinsiyyətini dəyişir - VİDEO
Video
Şou-biznes 8160

 

Səbinə Kurqunayeva azərbaycanlıdır. Mingəçevir şəhərində doğulub, yaşayıb. O, artıq iki ilə yaxındır ki, ABŞ-a köçüb və orada təhsil alır.

BAKU.WS-in Lent.az-a istinadən məlumatına görə, Səbinə doğulduğu cinsi kimliyi qəbul etmir və Amerikada hormonal müalicə üsulu ilə cinsiyyətini dəyişmək qərarı verib. Özünü daha çox Sebastyan kimi təqdim edən bu gənc hazırda müalicəsinin ilkin mərhələsindədir və həkimlərin məsləhəti ilə testesteron qəbul edir.

O, bütün bu prosesi özü videoya çəkir və müalicəsini gün-gün və anbaan qeydə alır. Sebastyan testesteron qəbulundan sonra bədənində baş verən ən xırda dəyişiklikləri danışır, dərmanların ona necə hiss etdirdiyini açıqlayır.

Sebastyan bildirir ki, bütün bu dəyişiklik prosesini axıra qədər çəkəcək və danışacaq. O, eyni zamanda hər gün özünün bir şəklini çəkdiyini də bildirir. Bunu ona görə edir ki, müalicənin sonunda özü tam effekti görə bilsin.    

BAKU.WS 

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər