Azərbaycanlı nazirin qız nəvəsi festivalda (VİDEO/FOTO)
Bakıda "ZİMA” adlı Uşaq Estrada Musiqisi Festivalı keçiriləcək.
BAKU.WS xəbər verir ki, Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevin ilk evliliyindən olan qızı Aliyə də qatılıb.
Aliyənin mahnı oxuyarkən lentə alınan videosu sosial şəbəkədə yayılıb. Uşaqlar arasında mahnı festivalının final mərhələsi dekabrın 17-də Heydər Əliyev Sarayında baş tutacaq.
Festivala 6-dan – 16-dək yaşı olan hər kəs ərizə göndərə bilər. 3 oktyabrda ilkin mərhələni keçən iştirakçıların adları açıqlanacaq. 4–10 oktyabr tarixində baş tutacaq ikinci mərhələdə münsiflər heyətinin iştirakı ilə bağlı dinləmələr olacaq.
11 oktyabr–16 dekabrda festivala hazırlıq görüləcək. Festivalın qalibləri 17 dekabr tarixində bəlli olacaq.
Qeyd edək ki, Aliyə Natiq Əliyevin Sara Əliyevadan dünyaya gələn qızıdır.
N.Əliyev hazırda "Eurovision” təmsilçilərimizdən olan Safurə Əliyeva ilə ailəlidir. Onun bu evlilikdən bir oğlan övladı var.
Aysel.Ş
BAKU.WS
Oxşar xəbərlər
Nazir gəlininin doğum günündə baş verənlər (FOTO)
"Eurovision” təmsilçilərimizdən olan Safurə Əliyevanın doğum günü məcilisi keçirilib. BAKU.WS xəbər verir ki o, özəl gününü İstanbulda yaxınları ilə birlikdə q...