Azərbaycanlı aparıcını avtobusda aldatdılar - FOTO
04
sen
2018
15:44
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Radio aparıcısı, yazıçı, jurnalist Günel Natiqin başına iş gəlib.BAKU.WS xəbər verir ki, hadisə 77 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda baş verib. Belə ki, gediş haqqını ödəyən yazıçıya sürücü xarici ölkəyə məxsus qəpiklər qaytarıb. Məsələ ilə bağlı saytımıza açıqlama verən G. Natiq deyib ki, 77 nömrəli marşrutdan enərkən sürücüyə 1 manat verib, o da gediş haqqını çıxaraq, pulun qalığını qaytarıb. O, pullara fikir vermədən onu çantasına atıb. Köşkdən qəzet almaq istəyən yazar sürücünün verdiyi pulları çantasından çıxarıb köşkə təqdim edəndə satıcı “bu bizim pullar deyil”, deyə geri qaytarıb. Günel xanım pullara baxanda onların 20 il əvvələ aid olan iki ədəd 50 qəpiklik avro sent olduğunu görüb. G. Natiq BAKU.WS vasitəsi ilə digər sərnişinləri də ayıq-sayıq olmağa çağırıb. Qeyd edək ki, Günel Natiq görkəmli tərcüməçi Natiq Səfərovun qızıdır.BAKU.WS
Günel Natiq
Oxşar xəbərlər
Natiq Qədimov ikinci dəfə dünyaya gəldi! - Mərhum jurnalistin oğlu doğuldu
Bir müddət əvvəl dünyasını dəyişən jurnalist Natiq Qədimovun övladı olub.BAKU.WS xəbər verir ki, bu barədə məlumatı mərhumun dostları sosial şəbəkədə paylaşıb.O...