Azərbaycanda məşhurlaşan əcnəbi aktrisa ərə getdi - FOTOLAR
08
avq
2018
11:17
Rusiyalı aktrisa Alesa Kaçerlə aktyor Vaxtanq Beridzenin toyu Minsk şəhərində baş tutub. BAKU.WS xəbər verir ki, cütlük xoş gününə 150 nəfər dəvət edib. Kaçerlə Beridzenin toyunda Rusiya, Belarus, Gürcüstan, Ukrayna, Latviya, ABŞ, Kipr və s. ölkədən qonaqlar iştirak edib.Cütlüyün "Kartuli" rəqsi toya xüsusi rəng qatıb. Ən təsirli an isə Kaçerin həyat yoldaşı üçün ifa etdiyi mahnı olub. Belə ki, mahnının sözlərini aktrisa özü yazmışdı. Hazırda Alesa və Vaxtanq Rusiyada yaşamağı planlaşdırırlar. Qeyd edək ki, aktrisa Alesa Kaçer 2011-ci ildə rejissor Rövşən İsaxın "Aktrisa" filmində baş rollardan birini ifa etmişdi və ölkəmizdə yetərincə populyarlıq qazanmışdı. Hüseyn MəmmədsalahovBAKU.WS
Oxşar xəbərlər
Günay qızı ilə dənizdə - Gizli çəkiliş – VİDEO
Azərbaycanlı aktrisa qızı ilə bərabər çimərlikdə kameramıza tuş gəlib. BAKU.WS xəbər verir ki, aktrisa Günay Əhməd yay tətilini Bakıda keçirir. 7 yaşlı qızı ilə...