Azərbaycanda inanılmaz təklif - Bunu bacarsanız, 5000 AZN sizin olacaq! (VİDEO)
26
okt
2018
18:26
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Yeni mövsümə bir-birindən maraqlı proqramlarla start verən İTV-də müsabiqə xarakterli verilişlər daha çox diqqət çəkməkdədir. Belə verilişlərdən biri də Amerikanın populyar "Jeopardy!" televiziya oyununun lisenziyalı versiyası olan “61!”-dir. BAKU.WS-in məlumatına görə, əsas məqsədi gənclər arasında intellektual hərəkatı inkişaf etdirərək sağlam rəqabət ruhunun aşılanmasından ibarət olan veriliş ABŞ-nın “CBS Broadcast International” şirkəti tərəfindən verilən lisenziya əsasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə 2015-ci ildən etibarən Azərbaycan teleməkanında yayımlanır. Öz xüsusiyyətinə görə digər intellektual layihələrdən fərqlənən “61!”-də, oyunçular üçün əvvəlcə cavab səsləndirilir. Bunun müqabilində isə oyunçular verilişin aparıcısına həmin cavabın düzgün sualını verməli olur.
Oyunun əsas qaydaları belədir: 61 sualdan ibarət olan yarışın ilk iki raundunun hər birində 30 cavab səslənir. Final isə 61-ci həlledici cavab-sualdan ibarət olur. Oyun zamanı düzgün cavab iştirakçıya xal gətirir, səhv cavab isə xalları silir.İl ərzində ən yaxşı nəticə göstərən 3 iştirakçı ilin son verilişində böyük finalda oynayır. “61!”-in yekununda böyük finalın qalibi 5000 manat əldə edir.Əsas tərəfdaşı Azərbaycan Respublikasının Təhsil Nazirliyi olan "61!" hər həftənin çərşənbə günü saat 19:50-də İctimai Televiziyanın efirində tamaşaçılarının görüşünə gəlir.Hüseyn MəmmədsalahovBAKU.WS
Oxşar xəbərlər
“AzInTelecom” “Hackathon” keçirir
Azərbaycanda ilk dəfə olaraq 26-30 oktyabr tarixlərində keçirilən beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naz...