Azərbaycana bir təyyarə dolu ərəb gəldi, ov quşları oturacaqlarda (VİDEO)

Azərbaycana bir təyyarə dolu ərəb gəldi, ov quşları oturacaqlarda (VİDEO)
Video
Şou-biznes 12059

 

Azərbaycana ov üçün gələn zəngin ərəb şahzadə və şeyxlərinin yeni görüntüləri yayılıb. 

 

BAKU.WS-in məlumatına görə, Azərbaycanın Saatlı, İmişli, Zərdab, Cəlilabad, Horadiz kimi rayonlarında ov edən şeyxlər bu dəfə ölkəmizə quşlarını da gətirib.

Videodan göründüyü kimi ərəblər təyyarənin bütün biletlərini alıb və ov quşarını təyyarə ilə Azərbaycana gətiriblər. Adətən qrup şəklində ölkəmizə təşrif buyuran ərəb şahzadələr xdimətçilərini, sürücülərini, hətta aşpazlarını da özləri ilə gətirib.

Yüzlərlə canlı ovlayan varlı ərəblər bu əyləncələrinə sosial şəbəkələrdə paylaşaraq insanlara nümayiş etdirirlər. Arəblər Azərbaycan hazırlıqlı gəlirlər və bütün silah-sursatlarla təmin olunurlar. Xüsusilə, Qətər və Dubaydan ölkəmizə axın edən ərəblərin ova və Azərbaycana marağı həddən artıqdır. 

Nazim Babayev

BAKU.WS  

Son xəbərlər