Azərbaycanlı xanəndə dəbdəbəli bağ evini nümayiş etdirdi - FOTO/VİDEO

Azərbaycanlı xanəndə dəbdəbəli bağ evini nümayiş etdirdi - FOTO/VİDEO
Foto Video
Şou-biznes 1154

Xəzər televiziyasında yayımlanan "Evdəkilərə salam" verilişinin bu dəfəki qonağı muğam ifaçısı Ariz Hüseynov olub.

BAKU.WS xəbər verir ki, çəkiliş xanəndənin bağ evində baş tutub. Veriliş zamanı Ariz ailəsinin Gürcüstanda qaldığını, özünün isə burada yaşadığını bildirib. 35 yaşlı muğam ifaçısı yaxın günlərdə subaylığın daşını atacağını da deyib.

Xanəndə geniş və dəbdəbəli bağ evi ilə də bütün diqqətləri üzərinə çəkib. Evin həyətində çoxsaylı meyvə ağacları və dekorativ bitkilər var.

Qeyd edək ki, Ariz Hüseynov Azərbaycan Milli Konservatoriyasını bitirib. Xalq artistləri Arif Babayev və Samir Cəfərovdan dərs alıb.

Respublika muğam müsabiqəsinə qatılan Ariz 3-cü yerin sahibi olub, bir çox beynəlxalq müsabiqələrin laureatıdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər