Azərbaycanlı repçinin konsertinə 5000 adam qatıldı - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Reper Orxan Zeynallının “Buz uşağı” adlı konserti baş tutub.
BAKU.WS xəbər verir ki, Bakı İdman Sarayında keçirilən gecə anşlaqla keçib. Sənətçi 5000-ə yaxın insan qarşısında çıxış edib.
Konsertdə Orxan Bakı Opera Orkestrı ilə birgə səhnəyə çıxıb. Tədbirdə dirijor Əyyub Quliyev də səhnə alıb. Reperi gənc ifaçı Nərgiz Məcidli müşayiət edib.
Zeynallı BAKU.WS-ə açıqlamasında ötən ilki konsertində də ilkə imza atdığını söyləyib:
“Mən keçən il uzun illərdən sonra Bakıya gələndə konsertlərimdə elə bir şey yaşandı ki, o da Azərbaycanda bir ilk idi. Bir günə 3000 bilet satmaq, iki gün ard-arda böyük konsertlər etmək. Düşündüm ki, dinləyicilərin bu cür rəğbəti, sevgisi qarşısında mən də özəl bir şey təklif etməliyəm. Normalda, təəssüf ki, bizdə çox adam konsertləri fonoqramla yola verir. İstədik göstərək ki, dinləyici öz sevdiyi ifaçıya özəl münasibət göstərirsə, bu qarşılıqlı olmalıdır. 6-7 ildir ağlımda var idi ki, bir gün edərəm”.
Qeyd edək ki, gecədə müğənnilər Aisel, Çinarə Məlikzadə, Tomris, Aynişan Quliyeva, reper Uran da sənətçiylə birgə səhnə alıb.
Qalereya
Oxşar xəbərlər
Övladını öldürdülər, Şövkət Ələkbərovanın təklifini rədd etdi - “Mercedes” sürən ilk qadın müğənnimiz - FOTO
Kulis.az müğənni, Əməkdar artist Kəmalə Rəhimli haqqında maraqlı faktları təqdim edir. Kəmalə Rəhimli 1952-ci ildə Bakının Qala kəndində doğulub. Ailəsi ilə bir...