Azərbaycanlı rejissordan Vüsalə Əlizadəyə: "Danışanda sözlərinizə diqqət yetirin!" - VİDEO

Azərbaycanlı rejissor Ravin Əliyevlə aparıcı Vüsalə Əlizadə arasında qalmaqal yaşanıb.
BAKU.WS xəbər verir ki, Əlizadə bir neçə gün əvvəl aparıcısı olduğu "7 canlı" verilişində rejissor haqqında "Ravin klip sahəsində... Kimi tapdı, klip çəkir" sözlərini söyləyib.
Aparıcının bu sözləri Ravini qəzəbləndirib. O, Vüsalənin fikirlərinə sərt şəkildə etiraz edib:
“Efirdə işlətdiyiniz "Kimi tapdı, klip çəkir" sözlər mənə xoş olmadı. Çünki 30 illik təcrübəm və sənətim göz önündədir. Kimisə tapmağa ehtiyacım yoxdur. Sizin "kim" söylədiyiniz müğənnilər xalqın sevimli sənətkarlarıdır. Hər birinə də hörmətim var. Ola bilər ki, sizin üçün dediyiniz müğənnilər "Kim"dir. Amma onların hər biri mənim üçün dəyərlidir. Ən əsası isə hər biri azərbaycanlıdır. Xahiş edirəm, danışanda sözlərinizə diqqət yetirin".
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...
