Azərbaycanın tanınmış idmançılarından şıdırğı rəqs - VİDEO

2010-cu ildə Sinqapurda keçirilmiş yeniyetmələrin Olimpiya Oyunlarının gümüş medalçısı, gənclərin dünya çempionatının bürünc mükafatçısı olmuş sabiq boksçu Elvin İsayev 29 yaşında subaylığın daşını atıb.
BAKU.WS-in Oxu.Az-a istinadla xəbərinə görə, bu toyda Azərbaycanın idman ictimaiyyətindən bəzi nümayəndələr də iştirak edib.
Onların arasında MMA döyüşçüləri – Tofiq Musayev, Mehman Məmmədov və Vüqar Kərəmov, eləcə də boksçu Kamran Şahsuvarlı, sabiq boksçular – Elvin Məmişzadə, Teymur Məmmədov da olub.
“Rizin” Qran Pri kəmərinin sahibi Tofiq Musayev və “Eagles” kəmərinin sahibi Mehman Məmmədov toy vaxtı gözəl rəqsi ilə diqqət çəkib. Həmin görüntünü təqdim edirik:
Oxşar xəbərlər
16 milyardlıq varidatı olan ərəb milyarderlə evlənən azərbaycanlı qız (FOTO, VİDEO)
Azərbaycanın tanınmış bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmir...