Azərbaycanı “Avroviziya”da o təmsil edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
“Avroviziya-2022” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək şəxsin adı açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətindən məlumat verilib.
Bildirilib ki, Azərbaycanı İtaliyanın Turin şəhərində "Səs Azərbaycan" müsabiqəsinin qalibi, ifaçı Nadir Rüstəmli təmsil edəcək.
Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı "The sound of beauty" ("Gözəlliyin səsi") olan "Avroviziya-2022" mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 10 və 12-də, final mərhələsi isə mayın 14-də "PalaOlimpico"da baş tutacaq.
Oxşar xəbərlər
Məşhurların Avroviziya şərhi: “Həmin gün Samirənin günü deyildi”
Bu il Niderlandın Rotterdam şəhərində keçirilən 65-ci “Avroviziya” Mahnı Müsabiqəsində təmsilçimiz Samirə Əfəndi “Mata Hari” mahnısı ilə 65 xal qazanaraq 20-ci...