Azərbaycanda qəribə təsadüf: Toyda doğulan kişi toyda da öldü

07
noy
2019
14:14
Bacımın yoldaşını anası toyda dünyaya gətirib. Adını da Toyda qoyublar. İndi toyda öldü. Kənddə xeyir iş var imiş, gedib. Məclisin sonunda Toyda yıxılıb, həkim çatana kimi keçinib.BAKU.WS axşam.az-a istinadən bildirir ki, bu sözləri aşıq Telli Borçalı "Şou ATV" verililişində deyib. O, bacısının ərinin bu yaxınlarda toy məclisində dünyasını dəyişdiyini deyib:"İki övladı qaldı. Bacıma bəd xəbəri qaynı verib. Həmin gün ATV-də çəkilişdə idim. Telefonum da sönmüşdü. Getdim evə açdım ki, nə qədər zəng gəlib. Zəng vuranda artıq bəd xəbəri dedilər".
Oxşar xəbərlər
Xalq artistləri toyda "oyun çıxardılar" - VİDEO
Azərbaycanın incənəsət xadimlərinin iştirak etdiyi toydan maraqlı görüntülər yayılıb. BAKU.WS xəbər verir ki, bu barədə video "Facebook" sosial şəbəkəsinə yerlə...
