Azad Şabanov onları susdurdu: "Şou göstərməyəndə deyirsiniz ki, sadəcə oxudu..." - VİDEO

Müğənni Azad Şabanov Xalq artisti Röya Ayxanın konsertini tənqid edənləri qınayıb.
BAKU.WS xəbər verir ki, o, sosial şəbəkə hesabında video paylaşaraq estrada ulduzunun 3 gün keçən konsertində yaşanan şounun Azərbaycanda bir ilk olduğunu qeyd edib:
"Röyanın o konsertində olmamısınız. O konserti siz sosial mediada paylaşılan qısa-qısa video parçalar şəklində izləmisiniz və xəbəriniz də yoxdur ki, orada nə olub. Ən vacib məsələ isə belə bir şou bizim müğənnilər arasında hələ indiyə kimi Azərbaycanda olmayıb. Arzum odur ki, bizim müğənnilər belə bir kosertlərlə öz aralarında rəqəbət aparsınlar. Röya sənə böyük əhsən!
Sonra Röyanın konserti ilə bağlı yazırlar ki, bu şou nəyə lazım idi? Şou lazım deyildi, Röya çıxıb sadəcə gərək mahnılarını oxuyardı. Bu fikir ola bilər. Mən heç nə demirəm. Amma mən indi yazılan neqativ şərhlərdən, lazımsız kəlmələrdən danışıram. Konsertdə müğənni şou göstərməyəndə deyirsiniz ki, sadəcə oxudu..."
Ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
