Aynur Xəlilova: "Gözəlliyinin fərqində olan qadın çox təhlükəlidir"
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışının qonağı dizayner və bloger Aynur Xəlilova olub.
O, müəllifi olduğu "Hərşeyşünas" podkastının xarakterinə təsirindən söz açıb:
"Qonaqlarımdan hər dəfə nəsə öyrənirəm. Çəkilişdə özümü rinqdəki kimi hiss edirəm. "Hərşeyşünas" məni qəddarlaşdırdı. İstədiyimi alana qədər qonaqlara tələ qurur, manipulyasiya edirəm. Bu, işimizin bir hissəsidir. Gözəlliyinin, xarizmasının fərqində olan və bunlardan alət kimi istifadə edən qadın təhlükəlidir, mən də beləyəm".
Aynur Xəlilova həmçinin insan xarakteri və mühitin ona təsiri barədə düşüncələrini bölüşüb:
"Hər birimizin içində xəyanətkar, cinayətkar potensialı var. Həyatın mənə yaxşı davranması başqasını mühakimə etmək haqqı vermir. Atasız və ya çətinliklə böyüyən birini seçimlərinə görə qınaya bilmərəm. İnsan bir dəfə səhv edə bilər, amma bunun təkrarı artıq xarakter xətası və şüurlu seçimdir".
Ətraflı videoda:
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...