Aygün Kazımovanın qızı İlqarənin 33 yaşı tamam oldu - FOTO
Xalq artisti Aygün Kazımovanın yeganə övladı İlqarə Kazımovanın 33 yaşı tamam olub.
BAKU.WS xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib.
O qızı İlqarənin fotolarını paylaşaraq onu 33 yaşı münasibətilə təbrik edib.
İfaçı paylaşıma "Qızım, gözlərinə kədər kölgə salmasın… Bu dünyada xoşbəxt yaşa ay qızım, anasının ürəyi.... Doğum günün mübarək" sözlərini əlavə edib.
Sosial şəbəkə izləyiciləri də İlqarəni yeni yaşı münasibətilə təbrik edərək ona sağlam can və xoşbəxtlik arzu ediblər.
Məlumat üçün bildirək ki, İlqarə Kazımova 1990-cı ilin oktyabrın 7-də dünyaya gəlib. O müğənnilik fəaliyyəti ilə yanaşı, hobbi kimi DJ-liklə də məşğul olur.
İlqarənin bir müddət əvvəl xarici görünüşündə etdiyi köklü dəyişiklik mətbuatda və sosial şəbəkələrdə xeyli müzakirə edilmişdi.
Qalereya
Oxşar xəbərlər
Qabırğasını çıxatdıran, 15-35 kiloqram arıqlayan YERLİ MƏŞHURLARın ŞOK DƏYİŞİMİ - FOTO
Şou-biznesdə kifayət qədər müğənni var ki, onlar müxtəlif dövrlərdə “Gözəllik qurban tələb edir” deyərək göz qırpmadan bıçaq altına yatıblar. Şəxsi həyatları qə...