Aygün Kazımovanın 55-ci ad günündən görüntülər
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Xalq artisti Aygün Kazımovanın 55 yaşı tamam olur.
BAKU.WS xəbər verir ki, estrada ulduzu paytaxtın dəbdəbəli məkanlarından birində özünə təmtəraqlı ad günü məclisi təşkil edib.
Mərasimdə xeyli şou-biznes əhli iştirak edir. Onlar arasında Xalq artistləri, Əməkdar artistlər, müğənnilər, tanınmış aktyorlar və aparıcılar yer alıb.
Kazımovanı yeni yaşında əsl gül yağışına tutublar. Onu təbrik etməyə gələn məşhurlar güllərdən müxtəlif fiqurlar hazırlatdıraraq məclisə gətiriblər.
Sənətçi gecədə ağ lələkli libası və gözoxşayan tərzi ilə hamını valeh edib.
Məclisin sürpriz qonağı isə Xalq artisti Röya Ayxan olub. Onun gecədə iştirakı maraqla qarşılanıb.
Röya Ayxan bu gün məclisdə qonaq kimi iştirak etdiyini, lakin bundan sonra Kazımova ilə layihə təqdim edəcəklərini vurğulayıb.
Xalq artistinin ad günündən olan görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...