Aygün Kazımovadan yazdılar: "Xalat da geyinsə, yaraşır" - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Aygün Kazımova yenidən diqqət mərkəzindədir.
BAKU.WS xəbər verir ki, sənətçi şəxsi instaqram hesabında yeni görüntülərini paylaşıb. Kazımova qızılı rəngli libası ilə bütün diqqətləri üzərinə toplayıb. 51 yaşlı ifaçının dərin sinə dekolteli libası müzakirələrə səbəb olub.
Hər zaman dəbli və qlamur tərzi ilə seçilən Kazımova bu dəfə də azərbaycanlı modelyer və dizayner Rüfət İsmayılın kolleksiyasına müraciət edib.
Xalq artistinin saç və makiyajı üzərində peşəkarlardan ibarət komanda çalışıb. Sənətçinin instaqram izləyiciləri ilə bölüşdüyü görüntüləri rəğbətlə qarşılanıb.
İstifadəçilər Kazımovanın ünvanına "Alovunuz hər yerə işıq saçdı. Şarmlı ulduzumuz", "Gün kimi parıldayan Aygün", "Təəccüblənməyin, həqiqətən, xalat da geyinsə, yaraşır, həm də brend görünür", "Hər zaman baxımlı, hər zaman aktual qadın" kimi xoş sözlər yazıblar.
Oxşar xəbərlər
Aygün Kazımova dəyişib belə oldu - FOTO
Xalq artisti Aygün Kazımova xarici görünüşündə dəyişiklik edib. BAKU.WS xəbər verir ki, sənətçi uzun sarı saçlarını qısa kəsdirərək tünd rəngə boyatdırıb. Kazım...