Aygün Kazımova dəyişib belə oldu - FOTO
Xalq artisti Aygün Kazımova xarici görünüşündə dəyişiklik edib.
BAKU.WS xəbər verir ki, sənətçi uzun sarı saçlarını qısa kəsdirərək tünd rəngə boyatdırıb. Kazımova yeni imicdə obyektiv qarşısına keçərək müxtəlif fotolar da çəkdirib.
İfaçı bu dəfə də məşhur azərbaycanlı modelyer və dizayner Rüfət İsmayılovun geyim kollekdiyasına üz tutub. Xalq artistinin saç və makiyajı üzərində peşəkarlardan ibarət komanda çalışıb.
Sənətçinin görüntülərini türkiyəli fotoqraf Mustafa Sarıkaya lentə alıb. Kazımova sözügedən fotoları şəxsi instaqram hesabında da paylaşıb. Onun yeni görünüşdəki fotoları sosial şəbəkə istifadəçiləri tərəfindən maraq və rəğbətlə qarşılanaraq çox bəyənilib.
Qalereya
Oxşar xəbərlər
Aynur Dadaşovanın yeni imici bəyənilmədi - FOTO
Müğənni Aynur Dadaşova xarici görünüşündə dəyişiklik edib. BAKU.WS xəbər verir ki, sənətçi uzun və tünd saçlarını açıq sarı rəngə boyatdıraraq qısa kəsdirib. Da...