Aygün Kazımovadan çəhrayı ecazkar pozlar - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Aygün Kazımova sevənlərinə yeni fotosessiya təqdim edib.BAKU.WS xəbər verir ki, ifaçı uzun və ayaq dekolteli çəhrayı libasını qara rəngli kəmərlə və qara qısaboğaz çəkmə ilə tamamlayıb.
Çəkilişdə istifadə edilən sərinkeşin küləyi səhnəmizin divasının pozlarını daha ecazkar edib.
Kazımova yeni fotolarını İnstaqram izləyicilərinə 8 Mart Beynəlxalq Qadınlar Bayramı günü bu sözlərlə təqdim edib:
"Hansı söz təsvir edər zərif vücud içindəki o böyük, dağ kimi gücü... Hansı ad ifadə edər baxışında min bir məna olan dərin dərya gözü? Yaşadığı tufanları bir özü bilər... Bütün sözlər aciz qalar, onun varlığı mübarək. Hər gün doğular günəş tək, həm isidər, həm yandırar günəş tək. Bir söz yetər... Qadın, qadın... Bayramınız mübarək, əziz xanımlar".
Oxşar xəbərlər
Azərbaycanın məşhur qohumları - FOTO
Azərbaycanın mədəniyyət, incəsənət və şou-biznes aləmində bir-birindən məşhur qohumların sayı yetərincədir. BAKU.WS sözügedən məşhurların siyahısını təqdim edir...