Yeni il təqviminə çəkilən model: “Yaşlandıqca gözəlləşirəm” – FOTO

Yeni il təqviminə çəkilən model: “Yaşlandıqca gözəlləşirəm” – FOTO
Şou-biznes 2403
İngilis model və aktrisa Kelli Bruk bir dəfə daha təqvim qızı olub.

BAKU.WS-in məlumatına görə, 38 yaşındakı gözəl xanım 2019-cu ilin təqvimi üçün obyektivlərin qarşısına keçib. Bruk bu dəfə təqvim üçün daha cəsur pozlar verib.

Açıq-saçıq geyimlərinə tanınan məşhur model yeni təqvim üçün yenə də soyunaraq şəkillər çəkdirib.

Daha sonra model “The Sun” qəzetinə müsahibə verib. O, müsahibəsində bildirib ki, vücudu ilə fəxr edir.

“Hiss edirəm ki, yaşlandıqca daha da gözəlləşirəm. Bədənimdəki qırışlar belə məni ecazkar göstərir. Xüsusən də, sinəmlə fəxr edirəm”, - deyə Kelli Bruk bildirib.

Cavid BabayevBAKU.WS

Son xəbərlər