Aygün Kazımova ölkə trendində birinci oldu - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Aygün Kazımovanın “Bilmək olmaz” adlı super hiti yutubun Azərbaycan üzrə trendində birinci pilləyə yüksəlib.
BAKU.WS xəbər verir ki, pop divanın ifası Azərbaycan trendində yeganə pop janrında olan mahnıdır. Gündən-günə uğur əldə etməklə yanaşı, dinləyicilərin sevgisini qazanmağı bacaran mahnı bu günə kimi 1 milyon 700 mindən çox baxış sayı yığıb.
Rejissorluğunu Türkiyədə Səlim Akarın etdiyi, 100 nəfərlik heyətin ərsəyə gətirdiyi klip böyük tamaşaçı marağına səbəb olub.
Belə ki, ekran işini qısa zamanda 25 mindən çox “YouTube” istifadəçisi bəyənib.
Qeyd edək ki, Azərbaycan müasir estradasının yaradıcısının klipində Peris Hiltonun fotomodeli Marian Draqan çəkilib.
Qalereya
Oxşar xəbərlər
“Porsche” ilə qəza törədən, sevgilisi tərəfindən 13-cü mərtəbədən atılan, yutubda baxışı 1 milyardı ötən MƏŞHURLAR - FOTO
2023-cü il şou-biznes əhlinin yaşadığı bir sıra qalmaqallar və başlarına gələn bədbxət hadisələrlə yadda qaldı. Kimisi yeni mahnılar yazdırıb yeni kliplər çəkdi...