Aygün Kazımovanın dünyaca məşhur modellə səmimi FOTOSU
Yeniliklərdən dərhal xəbərdar olun
Ölkənin əsas ulduzu Aygün Kazımova yeni paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, Xalq artisti bir bəylə səmimi fotosunu yayımlayıb. Pop diva şəklə "Örtərik üstümüzə bu yaralanmış sevgimizi" sözlərini yazıb.
Kazımova ilə fotoda yer alan bəyin kimliyi isə maraq doğurub. Belə ki, şəkildəki şəxs dünya ulduzu Peris Hiltonunn məşhur modeli Marian Draqandır. Marian A.Kazımovanın klipində rol almaq üçün Türkiyəyə gəlib.
Ekran işinin rejissoru Selim Akardır. Marian Draqan Pop diva ilə bağlı fikirlərini bölüşərkən "Aygün Kazımova ilə çalışmaqdan böyük məmnunluq duydum. Belə gözəl layihədə yer aldığım üçün hər kəsə təşəkkür edirəm" sözlərini söyləyib.
Onu da əlavə edək ki, ötən gün ifaçı klipin tizerini də sevənləri ilə bölüşüb.
Qeyd edək ki, rumın əsilli Draqan Peris Hiltonla fotoları sayəsində məşhur olub.
Oxşar xəbərlər
Butulka satıb ailəsinə baxdı, 10 yaşında analıq elədi, Aygün Kazımova ilə əlbəyaxa oldu
Xalq artisti Röya Ayxan 1982-ci il iyunun 14-də dünyaya gəlib. BAKU.WS Kulis.az-a istinadən ifaçı haqqında maraqlı faktları təqdim edir. Röya Ayxanın Ağdam ray...