Aygün erməni ilə duet oxumasına aydınlıq gətirdi: "Mənimlə Azərbaycan dilində danışırdı" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist Aygün Bəylərin Moskvada təşkil olunan məclislərin birində erməni əsilli müğənni İlona Nersesova ilə duet oxuması həftənin ən qalmaqallı xəbəri oldu. 20 ilə yaxın bundan əvvəl çəkilən videonun qəfildən ortaya çıxması hər halda təsadüf deyildi.
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı saytlara açıqlama verməkdən imtina edən ifaçı bu barədə Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişində söz-söhbətə aydınlıq gətirib:
“Haqqımda narahatedici söhbətlər gəzir. Deyirlər ki, erməni müğənni ilə mahnı oxumuşam. Ola bilər ki, hansısa məclisdə 15-20 il bundan öncə Moskvada bir araya gəlmişik. Hər dəfə Moskvada xeyir işdə olanda orada müğənnilər çox olur. Biz bilmirik ki, kim kimdir. Yalnız adını soruşanda xəbərdar oluruq. Mənə elə gəlir ki, o qız da heç erməni əsilli deyil. Mənimlə Azərbaycan dilində danışırdı. Dedi ki, “Tut ağacı”nı o qədər çox istəyirəm ki... Bakıda yaşayan bir insan olub. Bu hadisəni səhv kimi qəbul etmirəm. Səhnəyə çıxan heç kimdən vəsiqə istəmirik. Bildiyimə görə, bu qız İsraildə yaşayır. Bu, 18-19 il bundan öncə baş verən hadisədir. Çox xahiş edirəm ki, belə şey etməsinlər. Musiqiçiyə təb vermək, sevmək lazımdır. Mən hamını sevirəm”.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin REAL TV-yə müsahibəsinin TAM MƏTNİ + VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə geniş müsahibə verib. AZƏRTAC müsahibəni təqdim...