Aygün Bəylərin duet oxuduğu erməni müğənni ilə bağlı AÇIQLAMA - VİDEO

Aygün Bəylərin duet oxuduğu erməni müğənni ilə bağlı AÇIQLAMA - VİDEO
Video
Şou-biznes 3658

Əməkdar artist Aygün Bəylərin Ilona Nersesova adlı müğənni ilə duet oxuduğunu əks etdirən görüntülər gündəmi zəbt edib. 15 il əvvəl çəkilən video nədənsə Aygün Bəylər Xəzər TV-nin "5-də 5" verilişində sənəti olmayan həmkarlarına "oxusun, amma başından böyük danışmasın" deyə səslənməsindən sonra yayılıb.

Əməkdar artist BAKU.WS-in məsələ ilə bağlı sualını cavablandırmaq istəmədi. Cavabı prodüseri Sultan Mustafayevdən aldıq.

"Məsələ burasındadır ki, o video 15 il əvvəl İsraildə çəkilib. Həmin müğənni xanım Bakıdan İsrailə köçmüş yəhudi qızıdır, ermənilərə heç bir aidiyyəti yoxdur. İkincisi də, məclisdə kimsə gəlib hansısa müğənnini qucaqlayanda, onunla oxumaq istəyəndə, milliyətini soruşmurlar. O videonun o şəkildə təqdim olunması Aygün Bəyləri sevməyən bəzi müğənnilərin çox ucuz kampaniyasıdır", - deyən prodüser baş verənləri Əməkdar artistə qarşı kampaniya adlandırdı.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər