Aygün Bəylərin yoxa çıxan bacısı EFİRLƏRƏ QAYITDI - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Əməkdar artist Aygün Bəylərin müğənni bacısı Zümrüd Hümbətova uzun müddətdən sonra efirlərə qayıdıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Günün sədası" verilişində bildirilib. Zümrüd bundan sonra efirlərdə və səhnələrdə olacağını deyib.
O, bacısı Aygün Bəylərlə yeni duet oxuyacağını da qeyd edib. Zümrüd bacısının ona daim dəstək oluğunu ifadə edib.
Xatırladaq ki, Zümrüd Hümbətova 1981-ci ildə Bakıda Suraxanı rayonunda dünyaya gəlib. O, 7 yaşında olarkən özündə ifaçılıq qabiliyyətini kəşf edir.
Bundan sonra daha çox el şənliklərində mahnı oxumağa başlayır. Ona müğənnilik sənətində ən böyük dəstəyi bacısı Aygün Bəylər göstərir. Zümrüd Hümbətova ailəlidir. Onun Rəsul və Nigar adlı iki övladı var.
Oxşar xəbərlər
Azərbaycanlı məşhurların övladları nə işlə məşğuldur? - FOTO - SİYAHI
Yerli şou-biznes nümayəndələrinin özləri qədər övladları da hər kəsə maraqlıdır. Onların arasında məşhur olanları da var. Tanınmışların övladları müxtəlif sənət...