Aybəniz Haşımova: "Efirə çıxmaq xatirinə heç kimi sevməmişəm" - VİDEO

Aybəniz Haşımova: Efirə çıxmaq xatirinə heç kimi sevməmişəm - VİDEO
Video
Şou-biznes 119

"Bəzi elə təşkilatçılar var ki, artıq bundan sonra məni öz konsertlərində görməyəcəklər. Ona görə ki, mən orada istər kiçiyə, istərsə də böyüyə qayğısızlıq görmək istəmirəm. Bu insanlar sizi sayıb gəlirsə, onlara hörmət etməlisiniz! Onlar efirə çıxmağın dərdindən gəlmirlər".

BAKU.WS xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımova deyib. "Səhərin səsi" proqramına qonaq olan ifaçı təşkilatçılardan xeyli narazılıq edib. Haşımova efirə çıxmaq xatirinə kimisə sevmədiyini deyib:

"Mən şəxsən heç vaxt efirə çıxmaq xatirinə heç kimi sevməmişəm. Nə də heç kimə, "Səni çox istəyirəm", - deməmişəm.

Ürəyi istəyir dəvət edir, istəmir dəvət etməsin. Elə bir hadisə olub ki, kimsə desin ki, "Sən mənə zəng vurub demisən niyə məni proqrama çağırmamısan?" Belə bir hadisə ola bilməz. Heç kim bunu deyə bilməz".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər