Ayan Babakişiyeva: “Gəlinlik mağazam bağlandı, biznesim batdı”- VİDEO

Ayan Babakişiyeva: “Gəlinlik mağazam bağlandı, biznesim batdı”- VİDEO
Video
Şou-biznes 591

Müğənni Ayan Babakişiyeva maraqlı açıqlamaları ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, “Üzə-düz” proqramına qonaq olan sənətçi şəxsi həyatından danışıb. O, 8 yaşı olarkən atasını avtomobil qəzasında itirdiyini bildirib:

“8 yaşımda atamı itirmişəm. O, avtomobil qəzasında dünyasını dəyişdi. Hamı valideyn ola bilmir. Atam haqqında çox danışmaq istəmirəm. Yaxşı ki, anam bizim anamız olub, bizə onun yoxluğunu hiss etdirməyib.

Atasız böyüsəm də, mənim özüm ayaq üstə dayana bilirəm, ağlım, iradəm yerindədi. Kim məni pis yola çəkə bilər? Heç kim! İnsanın öz qabında olmalıdır. Anam mənə o qədər dəstək olub ki, ataya ehtiyac duymuram!”

Proqram zamanı Babakişiyeva şəxsi biznesindən də danışıb. İfaçı pandemiyadan sonra işlərinin yolunda getmədiyini və yeni qurduğu biznesinin batdığını deyib:

“Pandemiyada biznesim batdı. Gəncədəki gəlinlik mağazam bağlandı. Ora da müəyyən qədər sərmayə yatırmışdım. Bir çox biznesim batdı. Olsun, qismət bu imiş, nə edim?”

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər