Avtomobil qəzasında ölən 37 yaşlı müğənni illər əvvəl BU YARIŞDA İŞTİRAK EDİB
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün avtomobil qəzasında vəfat edən müğənni Vlada Vladislavovna bəzi musiqi yarışmalarında iştirak edib.
BAKU.WS xəbər verir ki, bunlardan biri "The Voice of Azerbaijan" (Səs Azərbaycan) yarışması olub.
O 2015-ci ildə bu müsabiqəyə qatılaraq xarici və yerli olmaqla müxtəlif ifalar səsləndirib.
Vlada Vladislavovna "The Voice of Azerbaijan"a qatılaraq yeni tərz və yeni ifa axtarışında olduğunu bildirib.
Müğənni yarışda olduğu müddətdə hər ifası ilə münsiflərə və tamaşaşılara zövqlü musiqi təqdim edib.
Məlumat üçün bildirək ki, ötən gün 2002-ci təvəllüdlü S.Mehdizadə "Hyundai Elantra" markalı avtomobillə Dövlət Bayrağı Meydanının yaxınlığında yolu keçən 1988-ci il təvəllüdlü piyada Axundova Vlada Vladislavovnanı vuraraq ölümünə səbəb olub.
Faktla bağlı Səbail RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...