Avropa ölkəsindən müsəlmanlarla bağlı şok qərar
"Parisdəki terror hücumundan sonra ölkədə yaşayan bütün müsəlmanları təqib edirik".
BAKU.WS-in məlumatına görə, bunu Slovakiyanın baş naziri Robert Fiko "TA 3" kanalına açıqlamasında söyləyib. O bildirib ki, Slovakiya Respublikasının ərazisində yaşayan bütün müsəlmanlar nəzarətdə saxlanılır.
Robert Fikonun sözlərinə görə, təqib edilən müsəlmanların əksəriyyəti ölkədə qanuni olaraq yaşayır. Baş nazirin bu açıqlamasından sonra Slovakiya İslam Vəqfi məsələyə sərt reaksiya göstərib. Qurumdan bildirilib ki, Fikonun insanları dini inancları səbəbindən təhlükəli olaraq xarakterizə etməsi yolverilməzdir:
"Robert Fiko açıq-aşkar Slovakyanın demokratik və azad bir ölkə olduğu əfsanəsini darmadağın etdi".
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Robert De Niro azərbaycanlı milyarderin ticarət mərkəzində restoran açdı
Hollivudu ulduzu Robert De Niro Moskvada yeni biznes fəaliyyətinə başlayıb. BAKU.WS-in məlumatına görə, məşhur aktyor Nobu yapon restoranının şərik olub. Holl...