Atdan yıxılaraq xəsarət alan Cəlal Qurbanov evə buraxıldı - VİDEO

Atdan yıxılaraq xəsarət alan Cəlal Qurbanov evə buraxıldı - VİDEO
Video
Şou-biznes 225

Üç gün gün əvvəl Novxanıda atdan yıxılaraq xəsarət alan nəğməkar-şair Cəlal Qurbanov sağalıb.

BAKU.WS xəbər verir ki, şair ötən gün müalicə aldığı Mərkəzi Gömrük Hospitalından evə buraxılıb.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Qeyd edək ki, Cəlal Qurbanov 3 gün əvvəl atdan yıxılaraq xəsarət alıb. Təcili olaraq xəstəxanaya aparılan şair reanimasiyaya yerləşdirilib, bir gün orada qaldıqdan sonra palataya köçürülüb.

Səhhəti ilə bağlı BAKU.WS-ə açıqlama verən Qurbanov reanimasiyada olan zaman yaddaşını tamamilə itirdiyini bildirmişdi.

Son xəbərlər