Atasından danışan Aynur Dadaşova: "Reanimasiyaya getdim, məni tanımadı!" - VİDEO

Atasından danışan Aynur Dadaşova: Reanimasiyaya getdim, məni tanımadı! - VİDEO
Video
Şou-biznes 177

Müğənni Aynur Dadaşova vəfat edən atasından danışıb.

BAKU.WS xəbər verir ki, sənətçi "Şourum" verilişinə müsahibəsi zamanı atasını İbrahimin son anlarını belə xatırladığını deyib:

"Həmişə sual verirdim ki, nə istəyirsən? Cavab verirdi ki, heç nə, can sağlığı. Ətri, iyi burnuma gəlir. Reanimasiyada olanda yanına getdim, məni tanımadı. Dedim, ata, məni tanıyırsan? Elə bildi, onu aparmağa gəlmişəm. O qədər övladlarını çox istəyirdi ki... Valideyn nə qədər var, övlad gənc, güclü və gümrahdır. Nə vaxtsa valideyni itirdin, bədənin yarısı yoxdur.

Atam bir dəfə demədi ki mənim problemim var. Heç 66 yaşı yox idi, vəfat edəndə. Xəstəxanadan gələndə səhhətində narahatçlıq yarandı. Dedi ki, balalarıma qurban olum, onlar kimi heç kim mənə baxa bilməz. Yenidən xəstəxanaya apardıq".

Ətraflı videoda:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər