Atası tərəfindən təcavüzə uğradığını deyən Nazpərinin qardaşı qızı FOTOLAR YAYDI

18
apr
2019
11:52
Dünəndən etibarən Nazpəri və Zeynəb Dostəliyevaların qardaşı qızı Pərvanənin atası Ağalar Dostəliyev barədə səsləndirdiyi şok ittihamlar gündəmi zəbt edib. O, instaqramda ard-arda videolar paylaşaraq 6 yaşında atası tərəfindən təcavüzə məruz qaldığını iddia edib. BAKU.WS "Qafqazinfo"ya istinadla xəbər verir ki, Xalq artisti N. Dostəliyeva isə əvvəlcə Pərvanə adlı xanımı tanımadığını bildirsə də, daha sonra instaqramda status yazaraq sözügedən xanımı qardaşının gənclik səhvi adlandırıb. Müğənni qeyd edib ki, Pərvanə onu şantaj edir. Bundan sonra P. Dostəliyeva atasının ikinci nikahdan dünyaya gələn oğlanları, qohumları və bibisi Zeynəb Dostəliyeva ilə fotolarını paylaşaraq söylədiyi fikirlərin doğru olduğunu sübut edib.“Guya, mən onu və bacısı Zeynəbi 1 ay əvvəldən şantaj edirəm. Bəs o vaxt məni niyə polisə vermədin? Sizi şantaj etmək olar? Zeynəbdən pul istəmişəm? O acından günorta durur.Deyirsən ki, qardaşımın iki uşağı var- Rəvan və Cavanşir. Bəs, Rəvanə nə oldu? O da qardaşınızın üçüncü xanımından dünyaya gələn qızıdır. Qardaşının o qədər uşağı var ki, özün də qarışdırmısan”- deyə P. Dostəliyeva əlavə edib.
Qalereya
Oxşar xəbərlər
Nazpəri: "O qız qardaşımın gənclik səhvidir"
Xalq artisti Nazpəri Dostəliyeva özünü onun qardaşı qızı kimi təqdim edən və atasının təcavüzünə məruz qaldığını bildirən Pərvanə Dostəliyeva ilə bağlı açıqlama...
