“Artıq yaşamışdım, əylənmişdim, doymuşdum” : Elçin Cəfərov (VİDEO)

“Artıq yaşamışdım, əylənmişdim, doymuşdum” : Elçin Cəfərov  (VİDEO)
Video
Şou-biznes 7796

"ARB Ulduz"un "Şou məkan" verilişinin qonağı olan tanınmış müğənni Elçin Cəfərov maraqlı açıqlamalar verib.

BAKU.WS xəbər verir ki, o, ilk olaraq "özünü hələ tam göstərməyib" kimi söyləntilərə belə cavab verib:

"Mən hər zaman çox gözə girməkdən qaçmışam, xoşlamamışam. Bu, mənim həyat tərzimdə də, sənətimdə də belədir. Ona görə də böyük sənətkarlar mənim haqqımda danışanda deyirlər ki, Elçin hələ özünü göstərməyib. Çox adam bunu deyir. Ara-sıra olsa da, çoxdandır efirlərdə yoxam. Əvvəl buna tələbat və ehtiyac vardı. Ancaq indi çox görünməyi özümə rəva bilmirəm”. 

Elçin onun səbrindən sui-istifadə edənlər haqda da danışıb:

"Mən sakit olsam da, hər şeyi çox gözəl görürəm. Ancaq səsimi çıxarmıram. Zamanında çıxarıram. Süni şəkildə yaxınlaşmaq, süni şəkildə gülmək, qucaqlamaq, sən mənim qardaşımsan demək. Belə şeyləri mən çox yaxşı görürəm, kim ürəkdən deyir, kim ürəksiz deyir. Nəzərə alsınlar ki, qucaqlayanda ürəkdən qucaqlasınlar”. 

Daha sonra ifaçı şəxsi həyatından danışaraq ailə qurmasının 1 ilini başa vurmasından söhbət açıb:

"Toy olan gündən mən dəyişdim. Başqa bir həyata başladım. Bu həyatı sevməyə başladım. Artıq subaylığı yaşamışdım. Əylənmişdim, gəzmişdim, doymuşdum. Evə tərəf qaçdım. Şükürlər olsun ki, ailəm hər şeyi normal, mənim istədiyim kimi qəbul etdi. O, mənim sənətimdə, geyimimdə, müsahibəmdə belə mənə dəstək oldu. Hamı elə bilir ki, mən hədiyyə etmişəm. Ancaq mən hədiyyəni çatdıra bilmədim. İldönümümüzdə gözəl bir dostumuzun toyundaydıq. Ona görə başımız çox qarışıq oldu. Dostumuz toyunu həmin günə salanda dedik ki, bizim bir də həmin gün ildönümümüzdür. Dedi ki, orda qeyd edərsiz, ancaq ödənişlidir. Söhbət hədiyyədən getmir. Söhbət səmimiyyətdən gedir. Gördü ki, başım çox qarışıqdır. Hədiyyə ala bilməmişəm. Sadəcə əlini sıxmağım ona hər şeyi göstərdi”. 

Yaxın günlərdə ata olacağını vurğulayan Elçin hislərini belə bölüşüb:

"Şükürlər olsun ki, övladımız dünyaya gəlmək ərəfəsindədir. Tamam başqa hisslər yaşayıram. Əvvəl birtəhər gəlirdi ki, görəsən, nə baş verir? Əvvəl adi gəlirdi, ancaq zaman keçdikcə yerişim belə dəyişdi. Özüm çox dəyişmişəm. Uşağın adı barədə çox düşünmüşük. Ancaq konret ad fikirləşməmişik”.

Qeyd edək ki, "ARB Ulduz" kanalını Azərspace 1 peykində 11024 tezliyində, polyarizasiya: (V), FEC 5:6, symbol rate: 12698 izləyə bilərsiniz.

BAKU.WS

Son xəbərlər