"Arka Sokaklar" 20 il sonra final edə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Türk televiziya tarixinin ən uzunömürlü seriallarından biri olan "Arka Sokaklar"ın final edəcəyi iddia olunur.
BAKU.WS xəbər verir ki, 2006-cı ildən yayımlanan və 20 mövsümdür davam edən serialın 21-ci mövsüm hazırlıqlarının dayandırıldığı bildirilir.
Serial İstanbul Polis İdarəsinin xüsusi bir bölməsində çalışan polislərin gündəlik həyatı və cinayət hadisələri ətrafında cərəyan edir. Baş rollarda Zafer Ergin, Özgür Ozan və Şevket Çoruh yer alır.
İddialara görə, serialın gələcək taleyi ilə bağlı qərarın yeni mövsüm ərəfəsində açıqlanacağı gözlənilir. Rəsmi açıqlama isə hələlik verilməyib.
Qeyd edək ki, "Arka Sokaklar" 2026-cı ilə qədər 750-dən çox bölümlə ekranlara çıxaraq Türkiyə televiziya tarixində ən uzun davam edən layihələrdən biri kimi tanınıb.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...