ARB TV Nazilə Səfərlini efirdən uzaqlaşdırdı
Yeniliklərdən dərhal xəbərdar olun
Şairə Nazilə Səfərli ARB TV-də aparıcısı olduğu “Ona qalsa” proqramından uzaqlaşdırılıb.
BAKU.WS Axşam.az-a istinadən xəbər verir ki, onun verilişinin aparıcılığı prodüser Sayqa Cahidə tapşırılıb.
ARB TV-nin mətbuat katibi Ozal İbrahimli Axşam.az-a açıqlamasında məlumatı qismən təsdiqləyib:
“Bayram günlərində Nazilə Səfərlinin işləri olduğu üçün onun yeri boş qalmasın deyə, verilişi Sayqa Cahid aparacaq. Nazilə Səfərlinin efirdən uzaqlaşdırılması müzakirə mövzusu deyil. Bayramdan sonra aparıcılığına davam edəcək”.
N.Səfərli isə bu barədə sualları cavablandırmayıb.
S.Cahidlə əlaqə saxlamaq istəsək də, o, telefona cavab verməyib.
Qeyd edək ki, “Ona qalsa” verilişi mövsümün ortasında “Üç əlli” proqramının əvəzinə həftəiçi beş gün olmaqla yayıma başlayıb.
Oxşar xəbərlər
Xoşqədəm-Nazilə qalmaqalı ilə bağlı QƏRAR verildi
Şairə Nazilə Səfərli (Cəfərova) ilə Xoşqədəm Hidayətqızı (Bəxşəliyeva) arasında davam edən məhkəmə prosesi bitib. BAKU.WS ölkə.az-a istinadən xəbər verir ki, Hi...