Aparıcı öldürülən ərinin var-dövlətindən imtina etdi - FOTO

Aparıcı öldürülən ərinin var-dövlətindən imtina etdi - FOTO
Şou-biznes 354

Türkiyəli aparıcı və aktrisa Ece Erken mərhum əri, vəkil Şafak Mahmutyazıcıoğlu ilə bağlı paylaşım edib.

BAKU.WS xəbər verir ki, o, instaqram hesabında ərinin var-dövlətindən imtina etdiyini bildirib. Ece Erken "Biz bir-birimizə qəlbdən bağlıyıq. Həmişə də elə olaraq qalacağıq" sözlərini söyləyib:

"Mən həyat yoldaşımı çox sevdim və onu həsrətlə xatırlayıram. Mərhum həyat yoldaşımı gəlir qapısı kimi görən insanlarla adımın yan-yana çəkilməsini istəmirəm. Biz bir-birimizə qəlbən bağlıyıq. Həmişə də elə olaraq qalacağıq. Onun var-dövlətindən imtina edirəm".

Qeyd edək ki, vəkil Şafak Mahmutyazıcıoğlu Bakıköy adlı ərazidəki restoranlardan birində naməlum şəxslərin hücumuna məruz qalıb. 7 güllə yarası alan Mahmut xəstəxanaya aparılsa da, çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmayıb.

Aparıcı öldürülən ərinin var-dövlətindən imtina etdi - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər