Aparıcı müğənnini pərt etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Müğənni Bahar Lətifqızı ilə aparıcı Vüsalə Əlizadə arasında anlaşılmazlıq baş verib.
BAKU.WS “axşam.az”a istinadən xəbər verir ki, Bahar Vüsalənin aparıcısı olduğu "7 canlı" verilişində qonaq olub və sosial şəbəkələr haqqında "İnstagram" dostları bizdən uzaqlaşdırıb" sözlərini deyib.
Bu zaman aparıcı "Düzdür, bir söz də deyən kimi, deyirlər ki, görürəm də səni" sözləri ilə ifaçıya dəstək olub.
Daha sonra Vüsalə üzünü Bahara tutaraq "Amma sən məni görmürsən, çıxartmısan məni dostluqdan. Mən də o gün səni çıxartdım.
Dedim, xeyir ola, sən məni izləmirsənsə, mən səni niyə izləyim?!" - deyərək müğənnini pərt edib.
Lətifqızı isə məsələdən xəbərdar olmadığını və İnstaqram səhifəsini çox vaxt bibisi oğlunun idarə etdiyi bildirib.
Oxşar xəbərlər
Canlı yayımda Zaur Kamal və Ayan arasında GƏRGİNLİK - "Niyə oteldə qalırsan"? (VİDEO)
Canlı yayımda Müğənni Ayan Babakişiyeva ilə aparıcı Zaur Kamal arasında qarşıdurma yaşanıb.BAKU.WS xəbər verir ki, aparıcının "Niyə söznüsən", "Niyə oteldə qal...