Ancelina Colinin geyimini lağa qoydular: “Milyon dollarlıq kartof kisəsidir” - FOTO

Hollivud ulduzu Ancelina Coli bir müddətdir Avropa turuna çıxıb.
BAKU.WS xəbər verir ki, ölkələri qarış-qarış gəzən Coli bu dəfə İtaliyada kameralara tuş gəlib.
Venesiya şəhərində görüntülənən aktrisanın yanında Bred Pittlə evliliyindən dünyaya gələn ilk övladı Şeyla da olub.
Onlar bir gecəsi 8 min funt-sterlinq (təxminən 18 min 906 AZN) olan bahalı oteldə qalıblar.
Ancelina daha çox əynindəki qəribə tərzli geyimi ilə diqqət çəkib. Aktrisanın əyninə iki qat böyük olan libas xeyli tənqidlərə məruz qalıb.
Bəzi sosial media istifadəçiləri onun bu geyimini kartof kisəsinə bənzədərək onu lağa qoyublar. Ancelinanın libasına “Kim bilir, neçə milyon dollarlıq kartof kisəsidir” deyə şərh bildiriblər.
Qalereya
Oxşar xəbərlər
Pittdən ayrılan Coli psixiatrik xəstəxanaya yerləşdirildi - FOTO
Hollivud ulduzları Ancelina Coli və Bred Pittin boşanması ətrafındakı qalmaqal səngimək bilmir. BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, Colinin əsəb...
