Ancelina Colidən danışan qızı: "O, mənim üçün ilham mənbəyidir"
Hollivud ulduzu Ancelina Colinin qızı Zahara ilk dəfə anası ilə bağlı danışıb.
BAKU.WS xəbər verir ki, o prestijli jurnallardan birinə müsahibəsi zamanı anasının onun üçün ilham mənbəyi olduğunu vurğulayıb.
"O, mənim üçün ilham mənbəyidir"- deyə Zəhra bildirib.
Zahara bildirib ki, anası ilə aralarındakı bağ sözlə ifadə edilməsi çətin olan, xüsusi və sanki ruh əkizliyini xatırladan bir münasibətdir. Onun sözlərinə görə, bu sevgi sonradan qazanılsa da, çox dərin və səmimidir.
O qeyd edib ki, cəmi 6 aylıq olarkən övladlığa götürülüb və həyatında ona yalnız ana deyil, həm də sevgi dolu bir ailə bəxş edilib.
Zahara bu dəyərlərin bəzilərinə sadə kimi baxılsa da, müasir dünyada onların böyük əhəmiyyət daşıdığını bildirib.
O, düzgün insan olmağın nə demək olduğunu ona göstərən bir modelə sahib olduğu üçün anasına minnətdar olduğunu deyib.
Qalereya
Oxşar xəbərlər
"Karib Dənizinin Quldurları 6" gəlir - Conni Depp isə bu dəfə...
Dünya kinematoqrafiyasının ən çox gəlir gətirən filmlərindən biri "Karib Dənizinin Quldurları" yeni filmlə böyük ekrana qayıtmağa hazırlaşır. BAKU.WS xəbər ver...