Anasına itkin qardaşının əvəzindən 25 il məktub yazan qızın kədərli həyat HEKAYƏSİ – VİDEO

Anasına itkin qardaşının əvəzindən 25 il məktub yazan qızın kədərli həyat HEKAYƏSİ – VİDEO
Video
Şou-biznes 1897
O, xəstə anasının yaşaması üçün onu müharibədə itkin düşən qardaşının sağ olmasına inandırıb.BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət Gəncə şəhər sakini Ellada İbrahimovadan gedir.Ellada İbrahimova düz 25 il itkin əsgərin adından anasına məktublar yazıb. Əməlinin doğru olmasına bəzən özü də şübhə edib. Amma anasını son nəfəsinə qədər əsgər oğlunun qayıdacağı ümidi ilə yaşadıb. Belə ki, 1993-cü ilin oktyabrında hərbi xidmətə yollanan 18 yaşlı Azər Ələkbərov cəmi 4 ay sonra hərbi əməliyyatlar zamanı itkin düşür.Bu xəbərin anası Cəmilə Hüseynovaya çox pis təsir edəcəyini başa düşən Ellada İbrahimova əsgər qardaşının adından anasına məktub yazmaq qərarına gəlir. Amma əvvəlcə özünü bu işə hazırlayır.Ellada İbrahimova anasının şübhələrini öldürmək üçün həm məktubların evə çatması, həm də oxunması zamanı mümkün olan hər şeyi edir. Müharibədən sonrakı dövrdə oğlunun yenə qayıtmaması ananın şübhələrini artırır. Bu dəfə isə bacı başqa yola əl atır.Bir neçə dəfə davranışının doğru olub-olmadığı ilə bağlı şübhəyə düşən bacı anasına əsl həqiqəti demək istəyib. Ancaq son anda bundan çəkinib.Ancaq bütün bunları edərkən Ellada İbrahimova qardaşının qayıdacağına, zəng edəcəyinə, məktub yazacağına olan inamını özü də itirməyib. Hər dəfə evin yanında maşın dayananda boylanıb ki, bəlkə bu dəfə gələn qardaşıdır.İndi əsgər intizarı ilə gözlərini yuman ananın vəfatından bir il ötür. Ancaq Ellada İbrahimova elə özü də anası kimi Azərin qayıdacağına olan inamını itirmir.BAKU.WS

Oxşar xəbərlər

İtkin düşən ANS-in keçmiş işçisi asılmış vəziyyətdə tapıldı

İtkin düşən ANS-in keçmiş işçisi asılmış vəziyyətdə tapıldı

Bir neçə gündür əvvəl itkin düşən şəxsin meyiti aşkarlanıb.BAKU.WS Trend-ə istinadən xəbər verir ki, fevral ayının 22-dən itkin düşən 1990-cı il təvəllüdlü Pərv...

5905 Hadisə 14:23 28 fevral 2019

Son xəbərlər