Anar Aygün Kazımova HAQQINDA: "Kofe, nə bilim, çay oxuyur"

Anar Aygün Kazımova HAQQINDA: Kofe, nə bilim, çay oxuyur
Şou-biznes 248

Tanınmış stilist Anar Ağakişiyev Xalq artisti Aygün Kazımova haqqında qalmaqallı fikirlər səsləndirib.

BAKU.WS yazır ki, bu barədə o, "Söz baz" proqramında danışıb. Anar Kazımovanın illlər əvvəl təqdim olunan Snup Doqla duetini tənqid edib:

"Haralara əlimin çatması sənətimin göstəricisidir. Həm biznes klassda uçum, həm 300 manat verib "CIP"lə keçim ki, heç kim məni görməsin.

Buradan xaricə bir milyon pul aparıb, ulduzu sönmüş bir repçiyə verim ki, onunla duet oxuyum, ortada da heç nə olmasın...

Sonra da ölkəyə gəlib toylara gedim ki, borcları bağlayım. Bunlarla olmur. İnsanın daxilində, qabında olmalıdır. Kofe, nə bilim, çay oxuyur".

Xatırladaq ki, stilist Anar Ağakişiyev Xalq artisti Aygün Kazımovanın xarici görünüşünü təhqir edib.

O, instaqram səhifələrinin birində müğənninin videosuna şərh yazıb:

"Qoca transa oxşayır! 53 yaşında azərbaycanlı xanım belə görünməməlidir! Hər şeyin ədabı-üsulu var. Həyatda ən çəkindiyim şey - yaşlananda Allah ağlımı almasın".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər