Anar Ağakişiyev: "Qar yağır, ən açıq paltarınızı, bikininizi geyinin, əylənin"
Yeniliklərdən dərhal xəbərdar olun
Məşhur stilist Anar Ağakişiyevin "Üzə-düz" proqramında dediyi "Gənc qızlar yayda göbək nahiyəsini açır, yaxşı baxmıram" sözləri ölkə mətbuatında gündəm olub. Onun bu fikirləri bir çox sosial platformalarda paylaşılaraq müzakirə yaradıb. İstifadəçilərin böyük əksəriyyəti onun bu sözlərini bəyənməyərək tənqid atəşinə tutublar.
BAKU.WS xəbər verir ki, stilist bununla bağlı instaqram hesabının hekayə bölməsində video yayımlayaraq açıqlama verib. Anar səsləndirdiyi sözlərin onun şəxsi fikirləri olduğunu və insanların bunu hörmətlə qarşılamasını tələb edib:
"Ətrafımdakı insanlara da bunu məsləhət görürəm. Göbəyiaçıq geyinməyə yaxşı baxmıram. Özünüz bilərsiniz. Gedin lüt gəzin. Qar da yağır, ən açıq paltarınızı, bikininizi geyinin, əylənin".
Onu da bildirək ki, Anar paylaşdığı videoda məşhur modellərdən birinin göbəyi açıq geyiminə görə Almaniyada Hava limanına buraxılmadığını da qeyd edib.
Oxşar xəbərlər
Anar Ağakişiyev: "800 ayaqqabım var, ən bahalısı 5100 AZN-dir" - VİDEO
Məşhur stilist Anar Ağakişiyev yeni açıqlamaları ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, "Üzə-düz" verilişinə dəvət olunan stilist yeni aldığı evindən danışı...