Anar Ağakişiyev: "O xanımı mənim adımla reklam etməyin!" - VİDEO

Anar Ağakişiyev: O xanımı mənim adımla reklam etməyin! - VİDEO
Video
Şou-biznes 438

Məşhur stilist Anar Ağakişiyev bu dəfə də qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, stilist Nanə Ağamalıyevaya söz atması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Anar onun adını Nanənin adı ilə yanaşı çəkilməsini istəmədiyini bildirib:

"Mən bilmirəm. O xanımı mənim adımla reklam etməyin. Onun reklama ehtiyacı varsa, bunu başqa adamla etsin. Daha qlobal problemləri kənarda qoyub, hansısa yarpağa vaxt sərf edirsiniz".

Qeyd edək ki, "ATV" kanalında aparıcıların makiyaj və saç stilinin hazırlanması Anar Ağakişiyev və komandasına həvalə edilib. Bundan narazı olan aparıcı Nanə Ağamalıyeva stilini dəyişmək istəmədiyini bildirib. Nəticədə hər iki məşhur arasında qalmaqal yaradıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər