Anar Ağakişiyev: "İnternetdə ad, soyadını yazanda sadəcə çılpaq şəkilləri çıxır" - VİDEO

Anar Ağakişiyev: İnternetdə ad, soyadını yazanda sadəcə çılpaq şəkilləri çıxır - VİDEO
Video
Şou-biznes 1048

Məşhur stilist Anar Ağakişiyev qalmaqallı çıxışı ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, sosial şəbəkə hesabında video yayımlayan stilist sözün əsl mənasında bəzi şou-biznes nümayəndələrini yıxıb-sürüyüb. Ağakişiyev Avroviziya iştirakçımız Səmra Əfəndini təhqir edən sənətçilərə elə təhqiramiz sözlər söyləyib:

"İnternetdə ad və soyadını yazanda sadəcə çılpaq şəkilləri çıxır. O birisi də, ümumiyyətlə, kimdir, nəçidir, nə mahnısı oxuyur, haradan gəlib, bilinmir. Dünən gəlib, bu gün yoxa çıxacaq. Yazıq, bədbəxt! Ona görə də çaşmayın!

Sizə xatırladacam 2019-cu ilin dekabr ayını. "Samira Əfəndi kimdir?" deyirlər... O, Samira Əfəndidir. Siz kimsiniz? Dələduzun yanında gəzirsiniz, özünüzü kim hesab edirsiniz? Biri Nəsibənin kuklası kimi gəzir. Səs yazıları çıxara bilərəm ki, Türkiyədə kimlərsə onu axtarır".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər