Alla Puqaçovanın xarici agent kimi tanınmasının səbəbi açıqlanıb

Alla Puqaçovanın xarici agent kimi tanınmasının səbəbi açıqlanıb
Şou-biznes 158

2025-ci il mayın 29-da Federal Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Layihəsinin rəhbəri Vitali Borodin müğənni Alla Puqaçovanın xarici agent kimi tanınmalı olduğunu bildirib.

BAKU.WS xəbər verir ki, bu barədə News.ru məlumat yayıb.

Borodinin sözlərinə görə, Puqaçovanın xarici agent kimi tanınması onun həyat yoldaşı, Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent kimi tanınan komik Maksim Qalkinlə əlaqəli olması ilə əsaslandırılır. O vurğulayıb ki, Qalkin hələ də xaricdən maliyyə alır və bu səbəbdən Pugaçova da mövcud qanunvericiliyə əsasən xarici agent statusuna uyğun gəlir.

Borodin qeyd edib ki, rəhbərlik etdiyi təşkilat bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına dəfələrlə müraciət edib. Pugaçovanın rəsmi şəkildə xarici agentlər reyestrinə daxil edilməsi üçün onun maliyyə əməliyyatlarının və vergi orqanlarındakı məlumatların tam şəkildə yoxlanılması tələb olunur.

"Yəqin ki, nazir müavininin masasına bütün sübutlar və ya məlumatlar çatdırılmayıb. Ona görə də Puqaçovanın reyestrə salınmaması ilə bağlı bu gün bu cür qarışıqlıq yaranıb", – deyə Borodin bildirib.

Ədliyyə Nazirliyi: Puqaçova və Urqant hələ xarici agent sayılmır

Xatırladaq ki, bir müddət əvvəl Ədliyyə nazirinin müavini Oleg Sviridenko Alla Pugaçova və televiziya aparıcısı İvan Urqantın xarici agentlər siyahısına salınması üçün əsasların olmadığını bəyan etmişdi. Onun sözlərinə görə, onların bu statusa salınmasını şərtləndirən hər hansı qanun pozuntusuna hələ ki rast gəlinməyib.

Son xəbərlər