Alişanı lağa qoydu: "Mən də heç bir serialda öpüşmədim, mənimlə də evlənə bilər" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə gün əvvəl türkiyəli müğənni Alişanın aktrisa həyat yoldaşı Buse Varol haqqında söylədiyi "Seriallarda öpüşsəydi, arvadım olmazdı" fikirləri qalmaqala səbəb olub. Onun bu sözləri sosial şəbəkələrdə yayılaraq tənqidlərə tuş gəlib.
BAKU.WS xəbər verir ki, Alişanın bu sözlərinə etiraz edənlərdən biri də aktyor Yunus Günçe olub. O, sosial şəbəkə hesabında bununla bağlı paylaşım edərək "Mən də heç bir serialda öpüşmədim. Alişan mənimlə də evlənə bilərmiş" sözlərini yazıb.
Qeyd edək ki, Alişan aktrisa həyat yoldaşı Buse Varolla 2018-ci ildə evlənib. Onlar serial çəkilişi zamanı tanış olublar. Hazırda cütlüyün iki övladı var.
Oxşar xəbərlər
Alişandan "Seriallarda öpüşsəydi, arvadım olmazdı" sözlərinə AÇIQLAMA - FOTO
Müğənni Alişan həyat yoldaşı Buse Varolun onunla puluna görə evlənməsi iddialarına bir dəfəlik son qoyub. BAKU.WS xəbər verir ki, ötən gün Türkiyənin reytinqli...