Aleynanın klipi bəyənilmədi: "Alt paltarını görmək məcburiyyətindədirlər?" - VİDEO

Aleynanın klipi bəyənilmədi: Alt paltarını görmək məcburiyyətindədirlər? - VİDEO
Video
Şou-biznes 945

Türkiyəli müğənni Aleyna Tilki sevənlərinə yeni klip təqdim edib.

BAKU.WS xəbər verir ki, gənc popçu "Take it or leave it" adlı mahnıya ekran həyatı verib. Aleyna klipdə məktəbli obrazında olub. Dərsi bitdikdən sonra ad günü qonaqlığına gedən Tilkinin açıq-saçıq geyimi izləyicilər tərəfindən bəyənilməyib. Bir çox tənqidçilər Aleynanın bu görüntülərinin etik olmadığını və onun bu klipinin bərbad vəziyyətdə olduğunu qeyd ediblər.

Türkiyəli şərhçi Erol Köse müğənni Aleyna Tilkini yeni klipindəki açıq-saçıq görüntülərinə belə münasibət bildirib:

"Aleyna camaata Ramazan ayında alt paltarını göstərmək məcburiyyətində qalıbsa, deməli, karyerası yerlə bir olub. Bu da o mənanı verir ki, Gülşendən daha irəli gedə bilmək istəyir. Bu nədir? Türk gəncləri sənin alt paltarını görmək məcburiyyətindədir? Bu kostyum deyil, alt paltarıdır! Gördüyüm isə Aleynanın çarəsizliyidir".

Son xəbərlər